Tarix : 4-12-2019, 09:47 | Bölmə: xeberler / siyaset |
Prezident Elbrus İsayevi NDU-nun rektoru təyin edib, Saleh Məhərrəmovu isə vəzifəsindən azad edib

Prezident İlham Əliyev Saleh Məhərrəmovu Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edib.

Azərbaycan Prezidenti İlham Əliyev Saleh Məhərrəmovun Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Saleh Heydər oğlu Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin.



***


Prezident İlham Əliyev Elbrus İsayevi Naxçıvan Dövlət Universitetinin rektoru təyin edib.

Prezident İlham Əliyev Elbrus İsayevin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.
(Reytinq:0)