Tarix : 28-11-2019, 11:44 | Bölmə: xeberler / idman |
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində beşinci oyununu keçirəcək

Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində beşinci oyununu keçirəcək.

Noyabrın 28-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubu səfərdə İspaniyanın “Sevilya” komandasının qonağı olacaq.

Sevilya şəhərindəkı “Xuan Sançes Pisxuan” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.

Qarşılaşmanın idarə edilməsi İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Məhəmməd Əl-Hakimi olacaq.

A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu öz meydanında Kiprin APOEL komandasını qəbul edəcək.

Dörd turdan sonra aktivində 12 xal olan “Sevilya” qrupda birinci pillədə qərarlaşıb. Aktivində 4 xal olan APOEL və “Qarabağ” ikinci və üçüncü yerləri bölüşürlər. “Düdelanj” isə üç xalla sonuncu - dördüncü yerdə qərarlaşıb.
(Reytinq:0)