Tarix : 28-11-2019, 11:33 | Bölmə: xeberler / Dunya |
Tramp administrasiyası NATO büdcəsinə ödəmələri azaltmaq niyyətindədir

Donald Tramp administrasiyası NATO büdcəsinə ödəmələri azaltmaq niyyətindədir.

ABŞ Prezidenti Donald Tramp administrasiyası Şimali Atlantika Alyansının büdcəsinə ödəmələri azaltmaq niyyətindədir.

CNN telekanalı xəbər verir ki, son zamanlara qədər alyansın 2,5 milyard dollarlıq büdcəsinin 22 faizi Vaşinqtonun təqdim etdiyi vəsait hesabına formalaşırdı. Donald Tramp administrasiyası bu göstəricini 16 faizə endirmək niyyətindədir. Almaniyanın ayırdığı vəsait isə NATO büdcəsinin 14,8 faizini təşkil edir.

ABŞ qənaət etdiyi vəsaiti Avropada təhlükəsizlik sahəsindəki bir sıra proqramlara sərf etməyi planlaşdırır. Buna Ukrayna və Gürcüstandakı proqramlar da daxildir. Alyansa üzv digər dövlətlər Amerikanın ixtisarlarından sonra yaranacaq boşluğu doldurmağa hazırdır.

Donald Tramp NATO-ya daxil olan ölkələri alyansa yetərincə vəsait xərcləmədikləri üçün dəfələrlə tənqid edib. Ağ evin rəhbəri NATO-ya üzv bütün ölkələri təcili olaraq müdafiə xərclərini ümumdaxili məhsullarının 2-4 faizinə çatdırmağa çağırıb.
(Reytinq:0)