Tarix : 25-11-2019, 10:36 | Bölmə: xeberler / Cemiyyet |
Maşinist qatarda nasazlıq ehtimal etdi, interval uzandı

Bakı metrosunda qatarda hansı problem yaranıb?

Xeberpress.info bildirir ki, bu barədə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün saat 08:30 radələrində metronun "Həzi Aslanov" stansiyasında baş verib: "Maşinist qatarda nasazlıq ehtimal edib və qatara əlavə baxış keçirib. Nəticədə 4 dəqiqə yubanma olub".

Hazırda intervalın bərpası ilə bağlı tədbirlər görülür.
(Reytinq:0)