Tarix : 25-11-2019, 09:45 | Bölmə: xeberler / Cemiyyet |
Milli Məclisin bugünkü plenar iclasında 19 məsələ müzakirə ediləcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Deputatlar 2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları və digər məsələləri müzakirə edəcək.

Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.
(Reytinq:0)