Tarix : 22-11-2019, 12:34 | Bölmə: xeberler / siyaset |
Əli Həsənov müəllifi olduğu "Geosiyasət"in "PDF" formatını təqdim etdi - FOTO

Prezidentin köməkçisi Əli Həsənov müəllifi olduğu "Geosiyasət" adlı dərsliyin "PDF" formatını təqdim etdi.

Xeberpress.info xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, professor Əli Həsənov şəxsi Facebook səhifəsində müəllifi olduğu "Geosiyasət" adlı dərsliyin "PDF" formatını təqdim edib.

Professor Əli Həsənov qeyd edib:

"Əziz oxucular!

Müəllifi olduğum "Geosiyasət" adlı dərsliyin "PDF" formatını diqqətinizə təqdim edirəm.

Kitabda orta əsrlərdən başlayaraq müasir dövrə qədər dünyada cərəyan edən əsas geosiyasi hadisələr, planetin geosiyasi xarakteristikası, geosiyasi məsələlərə yeni baxışlar, milli-dövlət maraqları uğrunda mübarizə və yeni dünya nizamı, bəşəriyyəti təhdid və məşğul edən əsas siyasi, iqtisadi, enerji təhlükəsizliyi, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti və perspektivləri haqqında müfəssəl məlumat verilib."

Əli Həsənov müəllifi olduğu "Geosiyasət"in "PDF" formatını təqdim etdi - FOTO
(Reytinq:0)