Tarix : 20-11-2019, 11:55 | Bölmə: xeberler / sou |
Arvadının Elçin Əlibəylini döymə səbəbi məlum olub

Arvadının Elçin Əlibəylini döymə səbəbi bəlli olub.

Tanınmış teleaparıcı Elçin Əlibəyli və 1993-cü il təvəllüdlü həyat yoldaşı D.Vaqifzadə arasındakı münaqişənin səbəbləri məlum olub.
Xeberpress.info oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlarda cütlük arasında münaqişənin uşaq səbəbindən baş verdiyi bildirilib.

Məlumata görə, D.Vaqifzadə övladı ilə birlikdə ölkədən çıxmaq üçün etibarnamə istəyib. Ancaq aparıcı buna qarşı çıxıb. Buna görə tərəflər arasında münaqişə baş verib.

Qeyd edək ki, E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.Vaqifzadə xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Teleaparıcı faktın dezinformasiya olduğunu bildirərək, bununla bağlı məlumat yayan KİV-i məhkəməyə verəcəyini deyib. Buna baxmayaraq, jurnalistin ifadəsi polisdə qeydiyyata alınıb və faktla bağlı araşdırma aparılır.


***

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

Xeberpress.info xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Dilrubə Vaqifzadə xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı Axşam.az-a açıqlama verən Dilrubə Vaqifzadə belə bir hadisənin yaşanmadığını bildirib:

"Bu, ailəmizə qarşı təxribatdır. Kimin belə bir informasiya yayması barədə Elçin araşdırma aparır".
(Reytinq:0)