Tarix : 7-11-2019, 09:55 | Bölmə: xeberler / Dunya |
Rəcəb Tayyib Ərdoğan və Donald Trump arasında telefon danışığı olub

Ərdoğan və Tramp telefonla danışıblar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trump arasında telefon danışığı olub.

Xeberpress.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin Administrasiyası xəbər verib.

Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətləri, həmçinin regional vəziyyəti müzakirə ediblər.

Liderlər ABŞ prezidentinin dəvəti ilə noyabrın 13-də Vaşinqtonda görüş keçirmək niyyətlərini bir daha təsdiqləyiblər.
(Reytinq:0)