Tarix : 6-11-2019, 09:57 | Bölmə: xeberler / idman |
Azərbaycan millisini qəbul edəcək Slovakiya yığmasının heyəti AÇIQLANIB

Slovakiya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb.

Futbol üzrə “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində noyabrın 19-da Anton Malatinskiy stadionunda Azərbaycan millisini qəbul edəcək Slovakiya yığmasının heyəti açıqlanıb.

Heyətə qapıçılar - Martin Dubravka (“Nyukasl”, İngiltərə), Marek Rodak (“Fulhem”, İngiltərə), Dominik Qreyf (“Slovan”), müdafiəçilər - Peter Pekarik (“Herta”, Almaniya), Lyubomir Şatka (“Lex”, Polşa), Milan Şkrinyar (“İnter”, İtaliya), Denis Vavro (“Latsio”, İtaliya), Martin Valyent (“Malyorka”, İspaniya), Norbert Qyomber (“Peruca”, İtaliya), David Hançko (“Sparta”, Çexiya), yarımmüdafiəçılər - Patrik Qroşovski (“Genk”, Belçika), Stanislav Lobotka (“Selta”, İspaniya), Yan Qrequş (“Minnesota Yunayted”, ABŞ), Yuray Kuçka (“Parma”, İtaliya), Matuş Bero (“Vitess”, Hollandiya), Marek Hamşik (“Dalyan Yifanq”, Çin), Andrey Duda (“Herta”, Almaniya), Laslo Benes (“Borussiya” M, Almaniya), Albert Ruşnak (“Real Solt Leyk”, ABŞ), Robert Mak (“Zenit”, Rusiya), Lukaş Haraslin (“Lexiya”, Polşa), hücumçular - Samuel Mraz (“Brondbü”, Danimarka), Mixal Duriş (“Anortosis”, Kipr) və Robert Bojenik (“Jilina”) dəvət olunublar.

Qeyd edək ki, Slovakiya-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
(Reytinq:0)