Tarix : 5-11-2019, 11:44 | Bölmə: xeberler / Hadise |
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanıldı

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən səkkiz nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədlərinin etibarlı mühafizəsi istiqamətində əməliyyat-qoşun tədbirlərini davam etdirir.

Xeberpress.info xəbər verir ki, DSX-nin mətbuat mərkəzindən bildiriblər noyabrın 3-də saat 00:20 radələrində Ağstafa rayonu yaxınlığındakı “Sadıxlı” sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 8 nəfər Azərbaycan Respublikası vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.

İlkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğlu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bukavazin Sevinc Qərib qızı, 2015-ci il təvəllüdlü Bədirova Asya Vaqif qızı, 2015-ci il təvəllüdlü Mirzəyev Rövşən Həmid oğlu, 2016-cı il təvəllüdlü Bukavazin Mədinə Aslan qızı və Yevlax rayon sakini 1999-cu il təvəllüdlü Bukavazin Zəminə Rəsul qızı olmaları müəyyənləşdirilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
(Reytinq:0)