Son Xəbərlər
Heç bir sahədə gender ayrılığı olmamalıdır 13:45Yenə yağış... - Sabahın HAVASI 12:33Prezident Vladimir Zelenski Əli Əhmədov ilə görüşüb 11:58Prezident İlham Əliyev Həştərxanın qubernatorunu qəbul edib 11:45Heydər Əliyevin anım günü ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib 10:58Neftin qiyməti bahalaşıb 10:46"Qarabağ"- “Düdelanj” oyunu heş-heçə yekunlaşıb 10:34Nazir Latviya Prezidenti ilə görüşüb 09:56Cəbhədə son vəziyyət 09:44Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Parisdə anıldı 09:27Azərbaycanın Xalq artisti Abbas Mirzə Şərifzadənin anadan olmasından 126 il ötür 11:35Heydər Əliyevin qoyduğu özül müasir Azərbaycanın parlaq uğurlarının təməl daşıdır - Mixail Qusman 10:57Azərbaycan xalqı öz xilaskarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edir 10:37Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi 10:27Prezident İlham Əliyev atası Heydər Əliyevi andı 09:57

Leyla Əliyeva Moskvada İmaməddin Nəsiminin heykəlinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada İmaməddin Nəsiminin heykəlinin açılışında iştirak edib.
Oktyabrın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin heykəli açılıb.
Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ucaldılan abidənin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel çıxış ediblər.
B.Şyukin adına Teatr İnstitutunun azərbaycanlı tələbələri İmaməddin Nəsiminin şerlərini səsləndiriblər.
Abidənin müəllifi Rusiya Rəssamlıq Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur.
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumu 1994-cü ildə yaradılıb. Hazırda burada dünyanın tanınmış şair, ədib və mütəfəkkirlərinin 30-dan çox heykəli var. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Atriumda Azərbaycan ədibi və filosofu Mirzə Fətəli Axundovun da abidəsi ucaldılıb.
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvləri ilə görüşüb. Görüş çərçivəsində “Nar” adlı rəsm sərgisi təşkil olunub, Botanika bağına iki nar tingi hədiyyə edilib.
Tədbir gənclərin konsert proqramı ilə davam edib.
(Reytinq:0)