Tarix : 29-10-2019, 13:45 | Bölmə: xeberler / Hadise |
DİN-in Gəncədəki qəza ilə bağlı MƏLUMATI

DİN Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Xeberpress.info bildirir ki, Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 29-da saat 2 radələrində Nizami (Gəncə) rayonunun İ.Qayıbov küçəsində şəhər sakini Z.Məmmədov idarə etdiyi “Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinləri - Saatlı rayon sakini Eldar Məmmədov və Tərtər rayon sakini İkram Bayramlı hadisə yerində ölüblər.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.
(Reytinq:0)