Tarix : 17-10-2019, 10:45 | Bölmə: xeberler / Dunya |
Türkiyə Silahlı Qüvvələri "Sülh bulağı" əməliyyatında 633 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri "Sülh bulağı" əməliyyatında 633 terrorçunu zərərsizləşdirib.

Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirdikləri "Sülh bulağı" əməliyyatı başlandıqdan bəri 633 PKK / PYD-YPG terrorçusunu zərərsizləşdiriblər.

Xeberpress.info bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumatda deyilir: "Sülh bulağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilmiş PKK / PYD-YPG terrorçularının sayı 633-ə çatıb".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.
(Reytinq:0)