Tarix : 7-10-2019, 10:38 | Bölmə: xeberler / Cemiyyet |
Nazirlik: Xalq artistinin vəziyyəti qənaətbəxşdir, infarkt təsdiqini tapmayıb

Ofeliya Sənaninin stasionar müalicəsi davam etdirilir, infarkt təsdiqini tapmayıb.

Xalq artisti Ofeliya Sənani oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.

Xeberpress.info xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, invaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən Ofeliya Sənani üzərində koronar angioqrafiya müayinəsi aparılıb. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib.

Hazırda Xalq artistinin hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir.

Yaxın günlərdə evə yazılması planlaşdırılır.
(Reytinq:0)