Tarix : 30-09-2019, 10:34 | Bölmə: xeberler / Cemiyyet |
İnzibati rəhbər vəzifələr üzrə keçirilən test imtahanında müvəffəqiyyət əldə etmiş şəxslərin NƏZƏRİNƏ

İnzibati rəhbər vəzifələr üzrə keçirilən test imtahanında müvəffəqiyyət əldə etmiş şəxslərin nəzərinə.

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün sentyabrda 29-da keçirilən test imtahanında müvəffəqiyyət qazanmış namizədlər müvafiq sertifikatı əldə etmək üçün bu gün saat 10:00-dan başlayaraq oktyabrın 11-i saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg linkinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizəd haqqında məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda).

Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiqləyən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.) əlavə edir.

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 108) təqdim etməlidir.

Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
(Reytinq:0)