Tarix : 28-09-2019, 19:36 | Bölmə: xeberler / Medeniyyet |
Bakının Yasamal rayonunda "Azərkitab" kitab mərkəzinin açılış mərasimi keçirildi - FOTO

Sentyabrın 27-də Bakının Yasamal rayonu ərazisində "Azərkitab" kitab mərkəzinin açılış mərasimi keçirildi.

Xeberpress.info xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Mətbuat şurasının sədri Əflatun Amaşov, Xalq şairi Sabir Rüstəmxanlı, elm, ədəbiyyat, mədəniyyət xadimləri, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan layihənin ideya müəllifi Sabir Həsənov yeni kitab mərkəzinin fəaliyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, bu layihənin reallaşdırılmasında məqsəd kitabla, əvvəllər olduğu kimi, ünsiyyəti möhkəmləndirməkdir.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov yeni kitab mərkəzinin açılmasını əhəmiyyətli hal kimi qiymətləndirdi. Vurğuladı ki, son dövrlər ölkəmizdə kitaba artan maraq sayəsində yeni-yeni kitab mərkəzləri, mağazaları açılır.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yeni bir kitab məkanının açılması ilə bağlı paytaxtın mütaliə həvəskarlarını təbrik etdi. Bildirdi ki, son illər ölkəmizdə kitaba maraq xeyli artıb. Paytaxtımızda yeni kitab satışı ünvanlarının yaradılması bunun əsas göstəricilərindəndir.

Nazir həmçinin ölkəmizin bütün kitabxanalarına latın qrafikasında yeni nəşrlərin verildiyini dedi. Bu istiqamətdə atılan addımların davamlı olacağını bildirdi.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində maraqlı təqdimatların, tədbirlərin, görüşlərin keçiriləcəyini diqqətə çatdıran Əbülfəs Qarayev bütün bunların da öz növbəsində kitaba marağın artırılması töhfə olacağını vurğuladı.

Nazir sonda kitab mərkəzinin işinə uğurlar arzuladı.

Xalq şairi Sabir Rüstəmxanlı belə kitab mağazalarının nəinki paytaxtda və iri şəhərlərdə, həmçinin kəndlərimizdə də açılmasının günün tələbi olduğunu vurğuladı. O, insanların kitaba marağının artırılması üçün müxtəlif təşviqat tədbirlərinin keçirilməsinin önəmini qeyd etdi. Vurğuladı ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası bu istiqamətdə əhəmiyyətli layihədir.

Daha sonra qonaqlar kitab mərkəzi ilə tanış oldular.

Qeyd edək ki, üç mərtəbədən ibarət olan kitab mağazasında müxtəlif yaşda oxucular üçün rəngarəng mövzularda ədəbiyyatlar əldə etmək mümkündür.

(Reytinq:0)