Tarix : 25-09-2019, 11:41 | Bölmə: xeberler / Hadise |
DSX və DİN-in Astarada birgə əməliyyatı nəticəsində narkotik maddə aşkarlandı

DSX və DİN-in Astarada keçirdiyi birgə əməliyyat nəticəsində beş kiloqramdan çox narkotik maddə götürülüb.

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin ölkə ərazisinə qeyri-qanuni gətirilməsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.

Xeberpress.info xəbər verir ki, DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, sentyabrın 21-də saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Deqadi kəndi yaxınlığında Daxili İşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə gizlədilmiş bir bağlama aşkarlanaraq götürülüb. Baxış zamanı bağlamada 5 kiloqram 95 qram tiryək olması müəyyən olunub.

Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri aparılır.
(Reytinq:0)