Tarix : 11-09-2019, 15:45 | Bölmə: xeberler / sou |
“Qarabağ” klubunun futbolçusu Mahirin mənzili qarət olundu - 17 min manat, 20 min dollar,..

Mahir Emrelinin evindən külli miqdarda pul, qızıl oğurlandı.

Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Məşhur futbolçunun Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, döngə 20-də yaşayan evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və 5 min manat dəyərində qızıl zinət əşyaları oğurlanıb.

Hadisə dünən saat 11:50-dən 15:40-dək olan müddətdə baş verib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
(Reytinq:0)