Tarix : 10-09-2019, 10:08 | Bölmə: xeberler / Bolge |
Naxçıvanda əsgərlərin tarixi yerlərə və muzeylərə gəzintisi təşkil olunub

Naxçıvanda əsgərlərin tarixi yerlərə və muzeylərə gəzintisi təşkil olunub.

Ötən həftə ərzində döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr qazanmış əsgərlərin tarixi yerlərə və muzeylərə gəzintisi təşkil olunub.

Xeberpress.info-nun məlumatına görə, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nümunəvi xidmətlərinə görə fərqlənən əsgərlər Heydər Əliyev və Dövlət Bayrağı Muzeylərinə baş çəkiblər.

Tarixi eksponatlarla yaxından tanış olan əsgərlərimiz Ulu Öndərimizə, bayrağımıza, dövlətimizə, dövlətçiliyimizə olan sonsuz sevgilərini ifadə ediblər.
(Reytinq:0)