Tarix : 5-09-2019, 09:55 | Bölmə: xeberler / Dunya |
 Donald Tramp: Onlar müqavilə bağlamaq istəyir

ABŞ prezidenti Donald Tramp və İran prezidenti Həsən Ruhani arasında sentyabrın sonunda BMT Baş Assambleyası çərçivəsində görüş keçirilə bilər.

"TASS"ın verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti jurnalistlərə bildirib.

Mümkün görüş barədə suala cavab verən D. Tramp deyib: "Hər şey mümkündür. Onlar danışmaq istəyir. Onlar müqavilə bağlamaq istəyir".

Bundan əlavə D.Tramo qeyd edib ki, ABŞ administrasiyası Vaşinqton və Tehran arasında danışıqların başlaması üçün sanksiyaların bir hissəsini ləğv etməyəcək.
(Reytinq:0)