Tarix : 30-08-2019, 15:37 | Bölmə: xeberler / idman |
"Qarabağ"ın rəqibləri məlum oldu

Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilir.

Monakoda keçirilən tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri məlum olub. Püşkatmadan öncə komandalar reytinqinə görə səbətlərə bölünüb. "Qarabağ" əmsalına əsasən 3-cü səbətə düşüb. Ümumilikdə püşkatma nəticəsində 12 qrupun tərkibi müəyyənləşəcək.

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.

A qrupunda Azərbaycanın "Qarabağ" futbol klubu ilə yanaşı "Sevilya" (İspaniya), APOEL (Kipr), "Düdelanj" (Lüksemburq) oynayacaq.
(Reytinq:0)