Tarix : 19-08-2019, 16:36 | Bölmə: xeberler / Dunya |
İrəvanda FHN-in binası alovlanıb

İrəvanda yanğınsöndürən qurumun – Ermənistan Fövqəladə Hallar Nazirliyinin öz binası yanıb.

Xeberpress.info erməni KİV-nə istinadla xəbər verir ki, avqustun 19-da Ermənistan FHN-in binasının çardağı alovlanıb. Qeyd olunur ki, yanğının səbəbi elektrik xətlərindəki qısa qapanmadır. Öz binasında baş verən yanğın barədə məlumat yayan FHN bildirib ki, səhər saatlarında “911” xidmətinə nazirliyin binasında yanğın baş verməsi haqqında məlumat daxil olub və yanğınsöndürənlər 5 dəqiqədən sonra yanğını söndürə biliblər.

Yanğın nəticəsində xəsarət alan olmayıb, lakin FHN-in bütün əməkdaşları binadan təxliyə edilib.
(Reytinq:0)