Tarix : 9-08-2019, 09:56 | Bölmə: xeberler / idman |
Səhvlərimiz üzərində işləyəcəyik - Neftçi”nin baş məşqçisi

“Neftçi”nin baş məşqçisi: Ötürmələrdə səhv etdik, rəqib də bundan yararlandı

İlk dəqiqədən rəqibin müdafiə olunacağını gözləyirdik. Arxadan hücum qurmaq çətindir. Hesabda geri düşməyimizə baxmayaraq özümüzü toplaya bildik. Futbolçular sona qədər vuruşdular və təslim olmadılar. Cavab görüşündə də bunu təkrarlamağa çalışacağıq.

Xeberpress.info bildirir ki, bu fikri “Neftçi”nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk görüşündə İsrailin “Bney Yehuda” kollektivi ilə heç-heçə (2:2) etdikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında söyləyib. O deyib: “Ötürmələrdə səhv etdik, rəqib də bundan yararlandı. Amma sonda iki qol vura bildik. Həftə ərzində bu oyuna hazırlaşdıq. Komanda şəklində müdafiə olunmaq lazımdır. Səhvlərimiz üzərində işləyəcəyik. İnanıram ki, növbəti mərhələyə adlayan tərəf biz olacağıq”.

“Neftçi”nin baş məşqçisi deyib ki, oyunu düzgün qiymətləndirmək lazımdır: “Öncəki rəqibimiz Rusiyanın “Arsenal” komandası futbol oynayırdı. İndiki rəqib isə ancaq müdafiə barədə düşünürdü. Onların müdafiəyə çəkiləcəyini bilirdik. Bunun üçün Platellasa ehtiyac duydum. Onun topla oynamağı yaxşıdır. Sonda isə Baqali Dabonu da meydana buraxdım”.

Məşqçi qeyd edib ki, rəqib ikinci hissədə vaxtın tez keçməsini istəyirdi, biz isə qələbə qazanmaq istəyirdik. “Bney Yehuda” düzgün müdafiə olundu və istədiyi nəticəni qazandı.

Əlli dörd yaşlı mütəxəssis futbolçu Mamadu Mboc barədə də danışıb: “O, başla yaxşı oynayır. Rəqib bizim qapıya yaxınlaşa bilmirdi. Mbocu ona görə meydana buraxdım ki, o, hər an qol vura bilir”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra İsraildə olacaq.
(Reytinq:0)