Tarix : 8-08-2019, 12:28 | Bölmə: xeberler / Medeniyyet |
Hacı Zeynalabdin Tağıyevin neft sənayesi ilə bağlı hesabatı illər sonra yenidən nəşr olunub

Hacı Zeynalabdin Tağıyevin neft sənayesi ilə bağlı hesabatı illər sonra yenidən nəşr olunub

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində rus dilində yayımlanan “Неотложныя нужды нефтяной промышленности” (Neft sənayesinin təcili ehtiyacları) adlı hesabat-məqaləsi Mədəniyyət Nazirliyinin “Bərpanəşr” layihəsi çərçivəsində kitabça şəklində yenidən çap olunub.

Xeberpress.info-nun məlumatına görə, nazirlikdən bildirilib ki, hesabatda XIX əsrin sonlarında Azərbaycanda neft sənayesi üzrə görülən işlər, yerli və xarici kapital qoyuluşu, sahənin inkişafı ilə bağlı çatışmazlıqlar rəqəmlər göstərilməklə geniş şərh olunub. Hesabat Sənaye və Ticarətə Dəstək Cəmiyyətinin Bakı şöbəsinə müraciət kimi hazırlanıb.

Kitabça Mədəniyyət Nazirliyinin tabeçiliyindəki kitabxanaların fonduna daxil ediləcək.
(Reytinq:0)