Tarix : 31-07-2019, 11:23 | Bölmə: xeberler / kose |
Sən birinin varlığının səbəbkarı, ömür adlı bir yolunun yoldaşısan - Şamil Ənvəroğlu

Sən təkcə qadın deyilsən, sən birinin varlığının səbəbkarı, laylasıyla ruh oxşayan nəğməsisən!..

Bu misra şair Şamil Ənvəroğlunun "Sən təkcə qadın deyilsən" adlı şeirindəndir.

Qeyd edək ki, bu gün tanınmış şair Şamil Ənvəroğlunun doğum günüdür. Xeberpress.info şair Ş.Ənvəroğlunu ad günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, həyat və yaradıcılığında yeni nailiyyətlər arzu edir.

Xeberpress.info şairin "Sən təkcə qadın deyilsən" adlı şeirini təqdim edir:

Sen tekce qadın deyilsen,
sen önce bu dünyanın gedişinden xebersiz,
bir ananın yarım qalan arzularının "Kaş qızımda gerçek olsun" ümidisen.
Bir atanın her şıltaqlığına dözdüyü decel balası,
bir evin hay-küyü,
bir ailenin sevincine sebeb olan
melek üzlü fidanısan,
yeni bir qadının ötesi...

Sen tekce qadın deyilsen,
sen birinin sevgi payı,
dünyasının Güneşisen,
yaşamının sebebisen,
ayrılığın kederisen,
qovuşmağın sevincisen,
yanğısısan,arzususan
sabahların ümidisen,
dünya boyda üreyisen,
yeni bir qadının ötesi...

Sen tekce qadın deyilsen,
sen birinin heyatına heyat qatan,
ömür adlı bir yolunun yoldaşısan,
Ağrısına melhem olan,
sevincine sebeb olan,
dar gününün dayağısan,
anasısan,bacısısan,sirdaşısan,
yeni bir qadının ötesi...

Sen tekce qadın deyilsen,
sen birinin varlığının sebebkarı,
laylasıyla ruh oxşayan neğmesisen,
gecelerin yuxusuzu,
gündüzlerin yorğunusan.
Bir körpenin ANA adlı ünvanısan,
yeni bir qadının ötesi...

Sen tekce qadın deyilsen,
sen birinin heyecanla gözlediyi,
cırtdanları qalib olan nağılısan,
bir neslin ağbirçeyi,
söz sahibi olanısan,
nevelerin nenesisen,
yeni bir qadının ötesi...

Sen tekce qadın deyilsen,
sen bezen de bir eclafın hislerine alet olan,
her sözüne boyun eyen esirisen,
sen bezen de öz içinde QADINLIĞI öldürerek,
ANA kimi var olmaqla,
övladının yaşamına gereyisen,
sen bezen de tamam özünü unudub,
göz yaşını öz içine axıdaraq,
acıların göllendiyi deryasısan,
yeni bir qadının ötesi...
(Reytinq:0)