Tarix : 19-07-2019, 12:09 | Bölmə: xeberler / Cemiyyet |
Azərbaycan XİN Yaponiyanın Kioto şəhərində yanğın zamanı ölənlərin ailələrinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğın zamanı ölənlərin ailələrinə başsağlığı verib.

Xeberpress.info bildirir ki, Trend bu barədə XİN-in “Tvitter” səhifəsinə istinadən məlumat verir.

Məlumatda deyilir: “Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğında həyatını itirənlərə görə kədərlənirik. Yaponiya xalqına, yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”.
(Reytinq:0)