Tarix : 19-07-2019, 09:08 | Bölmə: xeberler / idman |
“Neftçi” “Speranta”nı böyük hesabla məğlub edərək, Avroliqanın növbəti mərhələsinə yüksəlib

“Neftçi” doğma meydanda “Speranta”nı böyük hesabla məğlub edərək, Avroliqanın növbəti mərhələsinə yüksəlib

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Speranta” oyunu başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində “Neftçi” komandası hesabı daha da artırıb. 67-ci dəqiqədə Dario Frederikonun ötürməsindən sonra Stiven Jozef-Monroz fərqlənib – 5:0. Yetmiş yeddinci dəqiqədə isə Dario Frederikonun əvəzinə meydana daxil olan İsmayıl Zülfüqarlı rəqib qapıçının geri qaytardığı topu çərçivədən keçirib – 6:0. Beləliklə, “Neftçi” klubu doğma meydanda Moldovanın “Speranta” komandasını 6 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, Kişineuda keçirilmiş ilk görüş Roberto Bordinin yetirmələrinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb. Bununla da iki matçın nəticəsinə görə paytaxt komandası növbəti mərhələyə yüksəlib.

“Ağ-qaralar” növbəti – ikinci təsnifat mərhələsində Avroliqanın debütantı Rusiyanın “Arsenal” (Tula) klubu ilə oynayacaq.

İlk görüş iyulun 25-də səfərdə, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.

22:00

İlk dəqiqələrdən irəli atılan Bakı təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. 11-ci dəqiqədə Rauf Əliyevin qayçıvari zərbəsi dəqiq alınmayıb. On səkkizinci dəqiqədə paytaxt təmsilçisinin heyətində Vangelis Platellas qapıçının səhvindən sonra hesabı açıb – 1:0. Qarşılaşmanın 24-cü dəqiqəsində “Neftçi” ikinci topu rəqibin qapısından keçirərək hesab arasındakı fərqi artırıb. Bu dəfə “Ağ-qaralar”ın heyətində Dario Frederikoya qarşı kobud oyuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini Emin Mahmudov dəqiq yerinə yetirib - 2:0. Bundan dörd dəqiqə sonra qapıçımız Səlahət Ağayev rəqib futbolçunun zərbəsindən sonra topu küncə çıxarıb.

Oyunda daha bir qol 40-cı dəqiqədə vurulub. Vangelis Platellas özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. Bundan iki dəqiqə sonra Vangelis Platellasin gözəl ötürməsindən sonra Dario Frederiko uzaq küncü dəqiq nişan alaraq fərqlənib – 4:0.

21:32

Qarşılaşmanın 24-cü dəqiqəsində “Neftçi” komandası ikinci topu rəqibin qapısından keçirərək hesab arasındakı fərqi artırıb. Bu dəfə “Ağ-qaralar”ın heyətində Dario Frederikoya qarşı kobud oyuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini Emin Mahmudov dəqiq yerinə yetirib - 2:0.

Bundan dörd dəqiqə sonra qapıçımız Səlahət Ağayev rəqib futbolçunun zərbəsindən sonra topu küncə çıxarıb.

21:21

“Bakcell Arena”da keçirilən “Neftçi”-“Speranta” cavab oyununda ilk qol vurulub. On səkkizinci dəqiqədə paytaxt təmsilçisinin heyətində Vangelis Platellas qapıçının səhvindən sonra hesabı açıb – 1:0.

Qeyd edək ki, bundan əvvəl 11-ci dəqiqədə Rauf Əliyevin qayçıvari zərbəsi dəqiq alınmayıb.

21:00

İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində paytaxtın “Neftçi” komandası Bakıda Moldovanın “Speranta” klubunu qəbul edir.

“Bakcell Arena”da keçirilən cavab oyununda flaqmanın heyətində ilk onbirlikdə Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Emin Mahmudov, Dario Frederiko, Vangelis Platellas, Rauf Əliyev, Kiril Petrov, Ömər Buludov, Stiven-Jozef Monroz və Mamadu Kane yer alıblar.

“Speranta”nın heyətində isə meydana Denis Makoqonenko, Mixail Bolun, Nogueira Barbosa, Konstantin Sandu, Ponce Ramirez, Ambasso Eloundou, Fula Perea, Ştefan Efros, İon Arabaci, Ruslan Çelari, Maksim Yurku çıxıblar.

Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Yulian Vaynbergera Maksimilian Kolbiç və Mixael Nemets kömək edirlər. Dördüncü hakim funksiyasını Andrea Heyss yerinə yetirir.

Azərbaycanın Avropa Liqasındakı təmsilçisi rəqiblə səfərdə keçirilən ilk qarşılaşmadan sərfəli nəticə ilə qayıdıb. Kişineuda keçirilmiş ilk görüş Roberto Bordinin yetirmələrinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

“Ağ-qaralar” bu mərhələni keçəcəyi təqdirdə Avroliqanın debütantı Rusiyanın “Arsenal” (Tula) komandası ilə qarşılaşacaq.
(Reytinq:0)