Tarix : 18-07-2019, 11:00 | Bölmə: xeberler / Cemiyyet |
Bu ərazilərin təbii qaz təchizatı dayandırılacaq

Bəzi ərazilərin təbii qaz təchizatı dayandırılacaq.

Xeberpress.info bildirir ki, “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə “Zərdab-Ucar” avtomobil yolu istiqamətində orta təzyiqli yeraltı və yerüstü qaz xətlərinin sınaq işləri ilə bağlı qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Bu gün saat 14:00-dan işlər bitənədək qeyd edilən ərazidə 4 kənd, 5 qaçqın ailəsi və 32 hektar yaşayış sahəsi daxil olmaqla 1219 abonentin qaz təchizatı dayandırılacaq.
(Reytinq:0)