Tarix : 16-07-2019, 16:40 | Bölmə: xeberler / kose |
Yaddaşımda qalan şəkil... Yaddaşları qorumaq,.. Yürda qayıtmaq lazımdır! - BAHAR MURADOVA

BAHAR MURADOVA - YADDAŞIMDA QALAN ŞƏKİL

Qonşumuz Nənəş xalanın həyətində ərik meyvəsinin bütün növlərindən var idi.Hər mövsüm gələndə gözümüz onun bir üzü sarı diğər üzü qırmızı cilli,cır və peyvənd ağaclarında olardı.

Evimizin pəncərələri ilk olaraq Nənəş xalanın həyətinə,daha sonra günəşə acılırdı.Hər səhər yuxudan oyandığımız zaman pəncərəmizin buta ornamentli barmaqlığından yapışaraq üzü yuxarı , mənim nəzərimdə cox hündür olan ağacların günəşə boylanan lap üst budaqlarına baxardım.

Yox hələ saralmayıb deyə təəssüflə köks ötürərdim.Belə hal təxminən bir- iki həftə sürərdi.Sonra isə mən sanki Nənəş xalanın bizim həyətə yaxın hissəyə qəsdən cır və gec yetişən növlər əkdiyini düşünərdim. Bir necə gün daha səhərlər pəncərədən baxmayacağıma söz verər və cox gözəl bağımızda hər növ ərik ağaclarımızın olmamasına görə atamdan inciyərdim.Amma belə bir marağımın və incikliyimin olmasından onun hec xəbəri də olmazdı.Cünki bu və buna bənzər "arzularım" haqda kiminləsə bölüşməyi özümə sığışdırmazdım.

Baxmayaraq ki,Nənəş xala həyətinin bütün məhsullarından mövsümə görə bizə hər zaman pay göndərərdi.Mənə cox qədim və sirli gələn mis podnos və sinilərdə təzəcə cırpılmış ağ tut gələndə məni daha cox cəlb edən onun naxışları olardı.
Anam dərhal ,"ay qızlar ,sinini boşaldın,təmiz yuyun qaytarın,Nənəş xala gözləyir,"deyərdi.

Tez qacıb,mən edərəm,deyərdim.Məqsədimsə əlbəttə ki,işlənməkdən qızarmış və sürtülmüş naxışlara baxmaq idi.Öz özlüyümdə düşünərdim ki,bu sini bizdə bir gün qalsa nə olar ki?Hətta fikirləşərdim ki,bir az gec qaytara bilərəm,yetər ki,hər kəsdən tez mən onu götürüm və həyətdə oturub doyunca baxaram.Amma görəndə ki,yox Nənəş xalanın ağappaq üzü mülayim və şəfqətli gözləri cəpərin arasından görünür və hətta artıq sağ əlini də aşağıdan yuxarı mənə tərəf uzadıb,qanım qaralardı.Uşaq ağlımnan ürəyimdə onu məzəmmət edər, sanki evlərində başqa qab yoxmuş kimi nə tez geri almaq istəyir deyə qınayardım.

Bir də ki,Nənəş xalanın həyəti bizim həyətimizdən təxminən bir metr aşağıda yerləşirdi.Torpaq ucub onun həyətinə tökülməsin deyə atam vaxtaşırı onun qarşısını möhkəmləndirər,ağac ,taxta və daşdan özünün bacardığı tərzdə qoruyucu divar hörərdi.Mənim özümünküləşdirdiyim gilənar ağacının yanından isə bir -birimizə rahat gedib,gəlmək ücün kecid düzəldərdi.

Söylədiyim kimi əvvəl ərik ağaclarına sonra isə günəşə baxan pəncərənin önü mənim ən cox vaxt kecirdiyim yer olduğundan Nənəş xalanın həyəti əl ici kimi gözümün önündə idi. Qonşularımızın icində mənim ücün ən maraqlı və yaddaqalan xatirələrim də məhz onunla bağlı idi.Mən gözümü acandan onu yaşlanmış halda görmüşdüm.

Övladları Bakıda yaşaylrdılar,Evlərinə isə yay tətilində ailələri ilə gələrdilər.Əşrəf adlı oğlu deyilənə görə Universitetdə müəllim işləyirdi.Nənəş xala özü də soyuq aylarda Bakıya gedər, birdə Novruz bayramında qayıdardı.Bütün qışı hər gün bu həyətə baxar, yazın gəlişiylə bura həyat gəlməsini gözləyərdim.

Elə ki, "Suma,ay Suma "sədası gələndə bunun Nənəş xala olduğunu dərhal yəqin edər,sevincimdən atılıb-düşərdim.Anam da onun səsini eşidəndə sanki üzünə günəş doğardı.Aralarında səmimiyyətə ,ciddiyətə və hörmətə əsaslanan bir münasibət vardı.Və bir də mənə elə gəlirdi ki, Nənəş xalagil olmayanda bizim günəşə baxan pəncərəmiz tərəfdə həyat dayanır və bir boşluq yaranırdı.

Cicəkləri solmuş,yarpaqları tökülmüş ağaclar tənha,qapı və pəncərələri bərk bərk bağlanmış ev isə kimsəsiz görünürdü.Belə hallarda İnsanın öz evini qışla baş-baş necə buraxması mənə qəribə gəlirdi.İcazəsiz qonşunun həyətinə kecmənin yaxçı bir iş olmadığını anlasam da hər il hec olmasa bir-iki dəfə oraya "baş cəkər",bütün həyəti diqqətlə gözdən kecirər,pəncərələri qalın pərdə ilə ortülmüş evə maraqla baxardım

Üc-dörd pilləkənli bu birmərtəbəli ev mənə ailəsi və doğmaları tərəfindən tərk edildiyindən papağını gözünün üstünə basaraq hər kəsdən gizlənmək istəyən tənha bir qocanı xatırladardı.
Amma qəlbimin dərinliyində bir ümid vardı ki,cox kecmədən bu həyət yenə insanlarla dolacaq. onun hər küncündə gecə səhərədək işlqlar yanacaq.Nənəş xalanın bir az da böyümüş,Bakı ləhcəsində danışan nəvələrinın hay-küyü aləmi başına götürəcək.

Yenə yazın rənglərinə bürünmüş bağ-bağcanı yayın şirinliyi əvəz edəcək.Qoşa tut ağaclarından cadırlara clrpılmış tutdan Nənəş xala naxışlı mis tiyanlarda doşab cəkəcək.Bu dəfə şüşə kasalarda bütün qonşuların və əlbəttə ki, bizim də paylmızı verəcək..Amma şüsə kasa mis sini qədər məni cəzb etməyəcək.

Daha sonra isə ərik mövsümü gələcək.Bir də səhər tezdən gözümü ovuşduraraq pəncərədən günəşə baxanda ilk olaraq gözümə sataşan həyətimizə tökülən balaca ,ətirli,şipşirin əriklər olacaq.Tez ayaqyalın oraya, Nənəş xalanın gec yetişən ,bir üzü sarı,bir üzü qırmızı xallı ərikləri tökülən yerə qaçacağam.Cit donumun ətəyinə həvəslə o ərikləri yığacağam.Nənəş xalaya qarşı ürəyimdə olan bütün incikliklərə son qoyacağam.

Bu düçüncələrlə həyəti bir necə dəfə dolandıqdan sonra gilənar ağacımın yanındakı keciddən öz həyətimizə qayıdar,atamın qabarlı əlləri ilə səliqə səhman yaratdığl ,qışın ortasında belə zəhmət qoxuyan,həyat dolu həyətimizi daha dərindən gözdən kecirərdim.Hamımızı bir -bir bu cətin həyata hazırlayan həyət-bacamıza,valideynlərimizə,
ocağımızın istisinə güvənər ,hər bir evin yalnız sakinləri ilə birlikdə qala ola biləcəyinə inanardım.

İndi Azərbaycanda ərik mövsümüdür.Nənəş xalanın ərik ağaclarl yəqin ki,qurumuş olar.Hec tut ağacları da bir belə ayrılığa dözən deyil.Ailəsi və doğmaları tərk etdiyindən papağını gözünün üstünə baslb başını aşağı salmış kişiərə bənzətdiyim evlərimiz də artıq yoxdur.Coxdan tərk edildiyini anladığından divarları cöküb. Yollarını kol-kos basıb.Atamın əlləri ilə qarşısına hasar cəkdiyi torpaq divar da quzulayıb coxdan Nənəş xalanın həyətinə tökülüb.Amma mis tiyanlar, qazanlar ,sinilər və bir də yaddaşlarımızdakı yurdlar yolumuzu gözləyir.

Nə olur-olsun yaddaşları qorumaq, o günə inanmaq,onun ücün calışmaq və yürda qayıtmaq lazımdır.

BAHAR MURADOVA

Azərbaycan Respublikası Milli Məclis Sədrinin müavini,
ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
(Reytinq:0)