Tarix : 8-07-2019, 14:15 | Bölmə: xeberler / idman |
Azərbaycan avarçəkənləri İtaliyada 7 qızıl, 2 gümüş və 3 bürünc medal qazandılar - FOTO

Azərbaycanın avarçəkənləri İtaliyada 7 qızıl, 2 gümüş və 3 bürünc medal qazandılar

İtaliyanın Auronso di Kadoro şəhərində avarçəkmənin kayak və kanoe növləri üzrə “Beynəlxalq Kanoe İttifaqının” himayəsi altında “ICF SPRINT CANOE KAYAK INTERNATIONAL EVENT” yarışı keçirilib.

Xeberpress.info xəbər verir ki, 5-7 iyul tarixlərində U 16, yeniyetmələr və gənclər arasında gerçəkləşən yarışa 15 ölkədən 600 dən çox idmançı qatılıb. Azərbaycanı bu yarışda 200, 500 və 1000 m məsafələrdə 5 idmançı təmsil edib.

Nəticələr:

Hüseynov Vadim (1999) - kanoe; 1000 m - 3-cü yer,
Çinçaraşvili Malxaz (1997) - kanoe 1000 m – 1-ci yer, 500 m- 1- ci yer,
200 m - 3 –cü yer
İdmançıların ikilikdə çıxışlarının nəticəsi:
1000 m – 1-ci yer, 500 m – 1-ci yer, 200 m – 3-cü yer.

Yeniyetmələr:
Çxutiaşvili Cumber (2002) - kayak; 200 m - 1-ci yer;

16 yaşa qədər
Tofiq Bayramov (2004) - kayak; 500 m - 1-ci yer, 200 m -2-ci yer;
Həmzəyeva Gülnarə (2006) - kanoe; 500 m - 1-ci yer.
200 m - 2-ci yer;

Qeyd edək ki, Azərbaycanlı xanım yarışın ən gənc iştirakçısı idi və 2003, 2004-cü il rəqiblərinə qalib gəlib.
Ümumilikdə, beynəlxalq yarışda kanoe və kayakın 3 distansiyasında idmançılarımız vətənə 7 qızıl, 2 gümüş və 3 bürünc medal qazandırıblar.

(Reytinq:0)