Tarix : 4-07-2019, 16:39 | Bölmə: xeberler / Bolge |
Musa Yaqub: Mən kənddəki evimdəyəm, müalicələrim davam edir

"Hazırda səhhətim normaldır, evdəyəm".

Xeberpress.info-nun məlumatına görə, bunu "Report"a açıqlamasında Xalq şairi Musa Yaqub deyib.

O, bildirib ki, müalicəsi ev şəraitində davam etdirilir: "Mən İsmayıllı rayonunun Buynuz kəndindəki evimdəyəm. Müalicələrim davam edir. Evdə müalicə alıram".

Qeyd edək ki, M.Yaqub uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkir.
(Reytinq:0)