Tarix : 2-07-2019, 10:28 | Bölmə: xeberler / idman |
Asiman Qurbanlı: Azərbaycana qızıl medal qazandırdığım üçün çox xoşbəxtəm

Azərbaycana qızıl medal qazandırdığım üçün çox xoşbəxtəm. İlk gündən ölkəmizi uğurla təmsil etməyə çalışdım və buna nail oldum.

Xeberpress.info xəbər verir ki, bu fikirləri karate üzrə milli komandamızın üzvü, “Minsk 2019”da Azərbaycana qızıl medal qazandıran Asiman Qurbanlı AZƏRTAC-a bildirib.

O deyib: “Bu cür mötəbər yarış hər bir rəqibə hörmətlə yanaşmağı tələb edir. Burada qazandığım qızıl medalla kifayətlənmək fikrim yoxdur, hər şey hələ qabaqdadır”.

Səfər barədə təəssüratlarını bölüşən A.Qurbanlı deyib: “Turnirin çox çətin olacağını bilirdim. Komandanın məşqçilərinə “Çox sağ olsunlar!” deyirəm ki, mənə hər cür dəstək göstərdilər. Gələcəkdə də xalqımızın etimadını doğrultmağa çalışacağam”.
(Reytinq:0)