Tarix : 1-07-2019, 09:39 | Bölmə: xeberler / idman |
Azərbaycan II Avropa Oyunlarında 28 medal qazanıb

Azərbaycan II Avropa Oyunlarını 28 medalla başa vurub.

Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunları başa çatıb.

Xeberpress.info bildirir ki, Azərbaycan millisi ikinci Avropa Oyunlarında 5 qızıl, 10 gümüş və 13 bürünc medal qazanıb.

Ümumilkdə 28 medal qazanan millimiz ikinci Avropa Oyunlarında 10-cu yerdə qərarlaşıb.

Oyunlarda birinci yeri Rusiya millisi (109 medal), ikinci yeri Belarus millisi (69 medal), üçüncü yeri isə Ukrayna millisi (51 medal) tutublar.
(Reytinq:0)