Tarix : 28-06-2019, 11:14 | Bölmə: xeberler / Dunya |
İkitərəfli görüş öncəsi Putin və Tramp arasında dialoq olub

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.

Xeberpress.info-nun Trend-ə istinadən məlumatına görə, görüş Yaponiyanın Osaka şəhərində “Böyük-20”liyin (“G-20”) zirvə toplantısı çərçivəsində baş tutub.

İkitərəfli görüşdən öncə V.Putin və D.Tramp arasında dialoq olub.

Bir saat 20 dəqiqə davam edən görüşdə prezidentlərin əsasən İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə etdikləri bildirilir.
(Reytinq:0)