Tarix : 28-06-2019, 09:37 | Bölmə: xeberler / Medeniyyet |
Sabunçu Gənclər Evində Xalq yazıçısı Çingiz Abdullayev ilə görüş keçirilib

Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Sabunçu Gənclər Evində Xalq yazıçısı Çingiz Abdullayev ilə görüş keçirilib.

Sabunçu Gənclər Evinin və “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin tərəfdaşlığı çərçivəsində Xalq Yazıçısı Çingiz Abdullayev ilə görüş keçirilib.

Xeberpress.az xəbər verir ki, görüşdə Gənclər Evinin kitab və teatr klubunun üzvləri Çingiz Abdullayevin “Böyük oyun” əsərini canlandırıblar. Təqdimatdan sonra gənclərin iştirakı ilə Xalq yazıçısının yaradıcılığına dair keçirilmiş videosorğuya dair süjet nümayiş olunub.

İki yüzə yaxın gəncin qatıldığı görüşdə Çingiz Abdullayev yaradıcılığından danışıb, gənclərə tövsiyələrini verib, onların suallarını cavablandırıb.

Sabunçu Gənclər Evi Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər Evinin əsas məqsədi gənclərin sosial və fərdi inkişafına, onların intellektual səviyyəsinin yüksəldilməsinə və gənclər üçün sağlam mühitin formalaşdırılmasına nail olmaqdır. Sabunçu Gənclər Evinin indiyədək keçirdiyi yerli və beynəlxalq layihələr, həmçinin daimi fəaliyyət göstərən 15-ə yaxın klub və dərnəyi minlərlə gənci əhatə edib.
(Reytinq:0)