Tarix : 12-06-2019, 10:26 | Bölmə: xeberler / siyaset |
Ərdoğan müdafiə sahəsində Azərbaycan və Gürcüstanla üçtərəfli saziş imzalayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sahəsində Azərbaycan və Gürcüstanla üçtərəfli sazişi təsdiq edib.

Xeberpress.info Türkiyə KİV-nə istinadən bildirir ki, bu barədə Türkiyənin rəsmi mətbuatında qeyd edilib.

Məlumata görə, Türkiyə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığa dair saziş 2018-ci il martın 31-də Giresunda imzalanıb.

Saziş 2019-cu il iyunun 11-dən qüvvəyə minib.
(Reytinq:0)