Tarix : 7-06-2019, 10:55 | Bölmə: xeberler / Medeniyyet |
Azərbaycan Turizm və Menecment Universiteti “Beynəlxalq həftə”də təmsil olunub

Azərbaycan Turizm və Menecment Universiteti “Beynəlxalq həftə”də təmsil olunub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tədris işləri üzrə prorektoru Hüseyn Həsənov Avropa İttifaqının “Erasmus+ KA 107” beynəlxalq təhsil layihəsi çərçivəsində İspaniya Krallığı Valladolid Universitetinin təşkilatçılığı ilə keçirilən “Beynəlxalq həftə”nin iştirakçısı olub.

Xeberpress.info-nun məlumatına görə, ATMU-dan bildirilib ki, tədbirdə layihə çərçivəsində həyata keçirilən son çağırışla bağlı məsələlərə, dünyanın müxtəlif universitetlərinin qarşılaşdıqları problemlərə münasibət bildirilib. Eyni zamanda, növbəti çağırışla bağlı elanlar, müsahibələrin təşkili və keçirilməsi qaydaları, yekun nəticələrdə fikir ayrılığı yaradan məsələlər müzakirə olunub. Layihə çərçivəsində iştirakçılar üçün gəzinti turları, eləcə də Valladolid Universitetinin Valladolid, Palensiya və Seqoviya şəhərlərində yerləşən kampuslarına səfərlər təşkil edilib.

Tədbirdə dünyanın 23–dən çox ölkəsindən 40–a yaxın ali təhsil müəssisəsi iştirak edib.
(Reytinq:0)