Tarix : 7-06-2019, 09:57 | Bölmə: xeberler / idman |
“Azerbaijan İnternational 2019” turnirinə Avropa və Asiyadan çox güclü idmançılar qatılıb

“Azerbaijan İnternational 2019” turnirinə Avropa və Asiyadan çox güclü idmançılar qatılıb

Azərbaycan idmançıları bu gün orta səviyyəli oyun göstərdilər. Bu yarışda 16 yaşdan 20 yaşadək olan badmintonçularımız çıxış edir. Azərbaycanda bu cür turnir birinci dəfədir keçirilir. Buna baxmayaraq idmançılarımız bu yarışa yüksək səviyyədə hazırlaşıblar.

Xeberpress.info bildirir ki, bu sözləri Bakı İdman Sarayında keçirilən “Azerbaijan İnternational 2019” beynəlxalq badminton turnirində Azərbaycan milli komandasının baş məşqçisi Morteza Validarvi AZƏRTAC-a müsahibəsində bildirib.

“Bizim ən çox ümidimiz Ezmi Qovimuramadhoni və Edi Reski Dviçayodur. Biz idmançıların finala qədər irəliləməyinə inanırıq. Lakin bu turnirə çox güclü idmançılar qatıldığı üçün yarışların çətin keçəcəyi istisna deyil”, - deyə M.Validarvi söyləyib.

Oqeyd edib ki, Bakıda reallaşan turnirə Avropa və Asiya ölkələrindən çox güclü idmançılar qatılıb. “Tokio 2020”ə vəsiqə qazandıran bu yarışa beynəlxalq turnirlərin qaliblərinin qatıldığını qeyd edən baş məşqçi, idmançılarımızın mübarizəsinin çətin olacağını deyib.
(Reytinq:0)