Tarix : 7-06-2019, 09:46 | Bölmə: xeberler / Hadise |
3 yaşlı Zəhranı qaçıran qadın onu diləndirib - VİDEO

3 yaşlı Zəhranı qaçıran qadın onu diləndirib

Xəbər verdiyimiz kimi, dünən 3 yaşlı Zəhra Bağırzadə ailəsinə təhvil verilib. Uşaq yaşadığı evə gətirilib.

Zəhra Bağırzadəni qaçıran qadın Masallı rayon sakini Təzəgül Nəzərovadır. O, Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən Zəhra ilə birlikdə saxlanılıb.

Xeberpress.info xəbər verir ki, Unikal.org T. Nəzərovanın Zəhra ilə birgə görüntülərini yayıb.

Videodan da göründüyü kimi, həmin qadın evlərinin önündən qaçırdığı Zəhrayla birlikdə küçədə dilənir.

(Reytinq:0)