Tarix : 4-06-2019, 11:22 | Bölmə: xeberler / Hadise |
Dəhşətli qəza nəticəsində 2 nəfər öldü, 1 nəfər xəsarət aldı

Hacıqabulda dəhşətli qəza - "Vito" yük maşını ilə toqquşdu, ölənlər var

Hacıqabul - Ələt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza bu gün səhər saat 08 radələrində Atbulaq kəndi ərazisindən keçən yolda baş verib. Şəhər istiqaməti ilə hərəkətdə olan B017-KN-134 Rusiya dövlət nömrə nişanlı "Mercedes Vito" yük maşını ilə toqquşaraq yol kənarına yuvarlanıb.

Hadisə nəticəsində 2 nəfərin öldüyü və bir nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alan şəxs Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza yerinə Dövlət Yol Polisinin əməkdaşları və Təcili Tibbi Yardım biriqadası cəlb olunublar.


***

Bakı-Qazax yolunda avtobus yük avtomobili ilə toqquşub.

Xeberpress.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yol qəzası avtomobil yolunun Hacıqabuldan keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan mikroavtobus yük avtomobilinə çırpılıb.

İlkin məlumatlara görə, qəza zamanı 2 nəfər hadisə yerində ölüb. Bir neçə nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Hacıqabulda qəza zamanı xəsarət alanların kimliyi bəlli olub.

Bunlar Gəncə şəhər sakinləri

11 yaşlı Şirəliyev Nicat Fikrət oğlu

13 yaşlı Şirəliyev Yusif Fikrət oğlu

51 yaşlı Şirəliyeva Elnarə Sərxan qızı

Bir nəfər qadının kimliyi dəqiqləşdirilir.

Qəzada ölən iki nəfərin Rusiya vətəndaşı olduğu deyilir
(Reytinq:0)