Tarix : 4-06-2019, 10:23 | Bölmə: xeberler / siyaset |
Ramiz Mehdiyev: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri

Təəssüf ki, erməni cəmiyyəti münaqişənin ədalətli həllinin real iqtisadi faydasını görməyə hələlik özündə güc tapmayıb.

Bu il mayın 12-də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs haqqında saziş əldə edilməsinin 25 illiyi tamam oldu. Azərbaycan o vaxt son dərəcə vacib olan bu sazişi bağlayarkən bunu əsas götürürdü ki, cəbhə xəttində hərbi əməliyyatların dayandırılması danışıqlar prosesinin daha da fəallaşdırılması üçün əlverişli şərait yaradacaq və yaxın gələcəkdə münaqişənin siyasi yolla həllinə nail olmağa kömək edəcək. Lakin Ermənistanın hakim dairələrinin cəmiyyətin radikalmillətçi təbəqələri və diaspor tərəfindən dəstəklənən pozucu siyasəti bu yolda əsas əngəl oldu. Bütün bu illər ərzində regionda sülhə və təhlükəsizliyə ciddi təhdid mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu gün də Cənubi Qafqaz ölkələrinin tamdəyərli əməkdaşlığına maneə yaradır.

Xeberpress.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri" adlı məqaləsində deyilir.

Müəllifin sözlərinə görə, bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan "qələbə"ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayıb: "Lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndləri viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O bu qədər fürsəti əldən verərək sülhü uduzub. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ilə daha da artacaq. Məsələn, 2018-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 4 dəfə üstələyib, Azərbaycanın strateji valyuta ehtiyatları Ermənistanın analoji göstəricilərindən 20 dəfə, əhalisi isə 3,3 dəfə çoxdur. Təəssüf ki, erməni cəmiyyəti münaqişəyə münasibətini rasionallaşdırmağa və münaqişənin ədalətli həllinin real iqtisadi faydasını görməyə hələlik özündə güc tapmayıb".

Ardı var...
(Reytinq:0)