Tarix : 23-05-2019, 15:35 | Bölmə: xeberler / Medeniyyet |
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olub - FOTO

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olub

Mayın 23-də Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Rusiya Federasiyası Hökuməti nəzdində Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, akademik Taliya Xabriyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda olub.

Görüşdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva ölkəmizdə elmin inkişafına daim xüsusi önəm verildiyini vurğulayıb.

Aytən Mustafayeva rəhbərlik etdiyi institutun fəaliyyəti haqqında ətraflı məlumat verib, Azərbaycan ilə Rusiya arasında elmi əlaqələrin əhəmiyyətindən danışıb.

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Taliya Xabriyeva müasir dünyada elmin mühüm rolunu qeyd edib, bu sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.

Sonra AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə Rusiya Federasiyası Hökuməti nəzdində Qanunvericilik və Müqayisəli Hüquq İnstitutu arasında əməkdaşlığa dair saziş imzalanıb.

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olub - FOTO
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olub - FOTO
(Reytinq:0)