Tarix : 17-05-2019, 15:23 | Bölmə: xeberler / siyaset |
 Prezident İlham Əliyev Saatlı və Sabirabad rayonlarına yeni icra başçıları təyin etdi

Prezident İlham Əliyev Saatlı və Sabirabad rayonlarına yeni icra başçıları təyin edib

Prezident İlham Əliyev Siraqəddin Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısı eyni zamanda Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Digər sərəncamlarla Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
(Reytinq:0)