Tarix : 2-05-2019, 12:37 | Bölmə: xeberler / Hadise |
Qadın baş redaktor narkotik satarkən həbs olundu

Qadın baş redaktor narkotik satarkən həbs olundu

Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor həbs olunub.

Xeberpress.info bildirir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Tutulan şəxs Bakupress.az saytının təsisçisi və baş redaktoru Şəfəq Ağabalayevadır (Ağacan).

Məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

1976-cı il təvəllüdlü Ağabalayeva Şəfəq Ağacan qızı rayon ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Onun üzərindən bükülmüş halda narkotik maddə aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.
(Reytinq:0)