Tarix : 2-05-2019, 11:46 | Bölmə: xeberler / siyaset |
Azərbaycanın Xarici İşlər naziri Qanalı həmkarı ilə görüşüb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qananın xarici işlər naziri ilə görüşüb

5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya naziri Şirley Ayorkor Boçvey ilə görüşüb.

Xeberpress.info bildirir ki, Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizdə yenidən olmasından məmnunluğunu bildirən qanalı nazir tədbirin yüksək səviyyədə təşkilini xüsusilə qeyd edib.

Nazirlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Tərəflər insanlararası təmasların daha da artırılması məqsədilə qanalı tələbələrin Azərbaycanda təhsil imkanlarını müzakirə ediblər.

Görüşdə Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığı məsələləri də nəzərdən keçirilib.

Görüş zamanı habelə, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Azərbaycanın Xarici İşlər naziri Qanalı həmkarı ilə görüşüb
Azərbaycanın Xarici İşlər naziri Qanalı həmkarı ilə görüşüb
(Reytinq:0)