Tarix : 30-04-2019, 10:34 | Bölmə: xeberler / Dunya |
Ərdoğan Tramp ilə telefonla danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti administrasiyasından bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin almasını müzakirə ediblər: "Bizim prezident bu gün ABŞ prezidenti Donald Tramp ilə telefonla danışıb, o, S-400 üzrə işçi qrupunun yaradılması ideyasını səsləndirib".

Bunda əlavə, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər və terrorçuluğa qarşı mübarizədə sıx əməkdaşlıq etməkdə razılaşıblar.
(Reytinq:0)