Tarix : 18-04-2019, 14:45 | Bölmə: xeberler / Hadise |
Xırdalan şəhərində 4 otaqlı ev yanıb

Abşeron rayonunda 4 otaqlı ev yanıb.

Xeberpress.info bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Xırdalan şəhərində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın pəncərə çərçivəsi və ev əşyaları 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
(Reytinq:0)