Tarix : 1-04-2019, 09:49 | Bölmə: xeberler / Dunya |
Ərdoğan: Bələdiyyələrin təxminən 56 faizinə AKP mənsubları rəhbərlik edəcək

Bələdiyyələrin təxminən 56 faizinə AKP mənsubları rəhbərlik edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan aprelin 1-də Türkiyə vaxtı ilə gecə təxminən saat 1:10 radələrində ölkədə keçirilən növbəti bələdiyyə seçkilərindəki inamlı qələbə münasibətilə sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı Mərkəzi Qərargahında ənənəvi “eyvan danışması” ilə partiyadaşları qarşısında çıxış edib.

Xeberpress.info AZƏRTAC-a istinadən xəbər verir ki, İstanbuldan Ankaraya təyyarə ilə gələn Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə paytaxtında da vətəndaşlar tərəfindən böyük sevgi ilə qarşılanıb.

Ədalət və İnkişaf Partiyasının sayca 15-ci seçkiləri “Cümhur ittifaqı” ilə bilikdə qazanmasını Türkiyə üçün böyük nailiyyət kimi dəyərləndirən Prezident Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, səsvermədə etimad qazanılmayan yerlərin itirilməsinin səbəbi AKP-nin məram və məqsədlərinin yerlərdə düzgün çatıdırılmaması, yol verilən nöqsanlardır. Növbəti 5 ildə Türkiyədə bələdiyyələrin təxminən 56 faizinə AKP mənsubları rəhbərlik edəcək. Çatışmayan məsələlər aradan qaldırılmalı və səhvlər düzəlməlidir.

Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalı başda olmaqla bütün MHP mənsublarına minnətdarlıq edən dövlət başçısı qarşıda duran vəzifələrdən danışıb. Prezident, həmçinin ölkənin kürd əsilli insanlarına da təşəkkürünü ifadə edib.
(Reytinq:0)