Tarix : 8-01-2019, 10:42 | Bölmə: xeberler / idman |
“Qarabağ”ın sabiq qapıçısı Ağdam klubunu ziyarət etdi

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Ağdam klubunu ziyarət edib.

Xeberpress.info xəbər verir ki, hazırda Türkiyənin “Ərzurumspor” klubunda çıxış edən bosniyalı qolkiper Antalyada təlim-məşq toplanışı keçən komandanın düşərgəsində olub.

O, bu barədə şəxsi feysbuk səhifəsində paylaşım edib. 30 yaşlı qapıçı Qara Qarayev, Rəşad Sadıqov, Ansi Aqolli və Yakub Jezniçakla şəkillərini paylaşaraq “Mənim sevimli qardaşlarım” yazıb.

Qeyd edək ki, 2013-cü ildən 2018-ci ilin mayına kimi “Qarabağ”da çıxış edən Şehiç yayda “Ərzurumspor”a keçib.
(Reytinq:0)